“Fələstinin radikal HƏMAS hərəkatı fevralın 15-i günorta saatlarına qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək”.
Bizim.Media xəbər verir ki, Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu deyib.
MÖVZU İLƏ BAĞLI:
HƏMAS Qəzzada girovların azad olunmasını TƏXİRƏ SALDI
"Mən qəbul etdiyim və Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqləndiyim qərar belədir:
HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İDF HƏMAS-ın məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək", - Netanyahu əsas hərbi-siyasi nazirlər kabinetinin dörd saatlıq iclasından sonra deyib.
Lakin o, İsrailin şənbə gününə qədər neçə girovu azad etməyi tələb etdiyini dəqiqləşdirməyib.
Bizim.Media