Çin ABŞ-nin maliyyə yardımından məhrum olmuş ölkələrə yardım təklif edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” USAID əməkdaşlarının və digər humanitar təşkilatların mesajlarına istinadən məlumat yayıb.
Nəşr yazır ki, Tramp administrasiyası USAID proqramını dayandırdıqdan sonra Çin inkişaf etməkdə olan ölkələrdə boşalmış məkanı doldurmaq üçün addımlar atmağa başlayıb.
“Çin artıq tərəfdaşlarımızla əlaqə saxlayır. Onlar Kamboca və Nepal kimi yerlərdə boşluğu dolduracaqlar və bu, bizim bildiyimiz məsələdir”, - deyə “Politico”ya Bayden administrasiyası altında USAİD-in Çin missiyasına rəhbərlik edən Fransisko Benkosme bildirib.
Bizim.Media