Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

Hazırda oxunan: Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

234270

Rusiyanın Federal Vergi Xidməti (FTX) azərbaycanlı bloger Hüseyn Həsənova məxsus "Banda Foods" şirkətinin hesablarını bloklayıb. Səbəb vergilərin ödənilməməsidir.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Kreml Azərbaycana təzyiq göstərmək üçün sərt tədbirləri, o cümlədən pul köçürmələrini məhdudlaşdırmaq, taxıl tədarükünü əngəlləmək və nəqliyyat marşrutlarına yenidən baxmağı düşünür.

Bloger Həsənov bu kontekstdə repressiyaların ilk gözə çarpan hədəfi olub.

Hüseyn Həsənov kimdir?

Hüseyn Həsənov Rusiyanın ən məşhur videoblogeri hesab edilir.


Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstagram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.

Hüseyni hazırda İnstagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO