“Google Maps” ABŞ prezidenti Donald Trampın Fərmanına uyğun olaraq Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.
Bizim.Media “USA Today”ə istinadən xəbər verir ki, dəyişiklik ABŞ Coğrafi Adlar Şurasının bazar ertəsi qəbul etdiyi qərardan sonra rəsmiləşib.
“Google” ABŞ xaricindəki istifadəçilərin xəritədə həmin körfəzin adını həm Amerika körfəzi, həm də öz bölgələrində istifadə etdikləri adla görə biləcəklərini bildirib.
Trampın imzaladığı fərmanla Alyaskadakı məşhur Denali dağının da adı dəyişdirilərək “McKinley” adlandırılacaq.
“Google” ad dəyişikliyinin ən qısa zamanda xəritələrdə əks olunacağını açıqlayıb.
Bizim.Media
![“Google” Meksika körfəzinin adını dəyişdi - FOTO “Google” Meksika körfəzinin adını dəyişdi - FOTO](https://bizim.media/file/articles/2025/02/11/1739265439_5285536919855425481.jpg)
- A-
- A
- A+
Dünya
13:23 / 11.02.2025
“Google” Meksika körfəzinin adını dəyişdi - FOTO
Hazırda oxunan: “Google” Meksika körfəzinin adını dəyişdi - FOTO
Hazırda oxunan: “Google” Meksika körfəzinin adını dəyişdi - FOTO
234219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.