ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, cümə günü Air Force One təyyarəsində “The Post”a eksklüziv müsahibəsində deyib.
İki liderin neçə dəfə danışdığını soruşduqda Tramp “Deməməyi üstün tuturam” cavabını verib.
Lakin o, əlavə edib ki, döyüş meydanındakı ölümlər Putini narahat edir.
Tramp deyib ki, 2022-ci ildə prezident olsaydı, üç illik müharibə heç vaxt baş verməzdi:
“Putinlə həmişə yaxşı münasibətim olub. Bayden ölkəmiz üçün tam biabırçılıq idi”.
Tramp vurğulayıb ki, onun müharibəni bitirmək üçün konkret planı var:
“Ümid edirəm ki, tez olacaq. İnsanlar hər gün ölür. Bu müharibə Ukrayna üçün çox dəhşətlidir. Mən bu lənətə gəlmiş işə son qoymaq istəyirəm”.
Bizim.Media