Rusiya Ukrayna və ABŞ-ı HƏDƏLƏDİ - VİDEO

Rusiya Ukrayna və ABŞ-ı HƏDƏLƏDİ - VİDEO

Hazırda oxunan: Rusiya Ukrayna və ABŞ-ı HƏDƏLƏDİ - VİDEO

23387

“Qərb ölkələrinin Rusiyaya aramsız ittihamları fonunda  Ukrayna Müdafiə Nazirliyi və ABŞ Silahlı Qüvvələri Avropa bölgəsindəki NATO ölkələrinin iştirakı ilə Qara dənizdə “Sea Breeze” təlimləri keçirməyi planlaşdırır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko səsləndirib.

Onun sözlərinə görə, təlimin əsas iştirakçıları Ukrayna, ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Latviya və tərəfdaş ölkələrdir:

“Bu təlimdə 4 minə yaxın hərbi qulluqçu, 40 döyüş gəmisi, qayıq və köməkçi gəmi, 30 ədəd aviasiya və 100-dən çox avtomobil və zirehli texnika iştirak edəcək. Xüsusilə qeyd etmək istərdim ki, təlimin ssenarisinə görə, koalisiya qüvvələri Ukrayna üçün bəzi "qanunsuz" "silahlı birləşmələrin" fəaliyyətlərindən qaynaqlanan "böhran vəziyyətinin sabitləşdirilməsində" iştirak edəcəklər. Rusiya Müdafiə Nazirliyi NATO ölkələrinin iştirakı ilə keçiriləcək bu təlimin hazırlanmasının və keçirilməsinin gedişatını yaxından izləyəcək və lazım gələrsə, ölkəmizin təhlükəsizliyi baxımından vəziyyətə adekvat cavab verəcək”.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO