“ABŞ-ın Ukrayanın yanında Rusiya ilə silahlı münaqişəyə girməsi variantı Kiyev üçün daha üstündür”.
Bizim.Media “RBC.ru”ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
O, Qəzza zolağına Amerika qoşunlarının göndərilməsini istisna etməyən ABŞ prezidenti Donald Trampın sözlərinə diqqət çəkərək bunları deyib:
“İstədiyimiz hər şeyi güman edə bilərik, amma rasional şeylər var. Siz Putinə tamamilə fərqli bir şəkildə təzyiq edə bilərsiniz, bunun amerikalılarla Rusiya arasında birbaşa hərbi toqquşmaya səbəb olması lazım deyil. Əlbəttə ki, bu variant bizim üçün daha yaxşı olardı, çünki bu, başqa səviyyədə müharibədir. Lakin biz bunun çox çətin olduğunu başa düşürük. Çünki Qəzza zolağından danışanda HƏMAS hələ də oradadır, o, terror təşkilatıdır”, - Podolyak cavab verib.
O, həmçinin Avropa ölkələrinin Ukrayna ərazisinə sülhməramlı kontingentin daxil edilməsinə razılıq verəcəyinə şübhə etdiyini bildirib. Çünki bu variantı seçicilərə izah etmək çətin olacaq və Rusiya hakimiyyəti bu variantın tərəfdarlarına fəal şəkildə qarşı çıxacaq.
Bizim.Media