Zelenski ilə Putin arasında telefon danışığı ola bilər – KİV

Zelenski ilə Putin arasında telefon danışığı ola bilər – KİV

Hazırda oxunan: Zelenski ilə Putin arasında telefon danışığı ola bilər – KİV

233709

Britaniyanın “Daily Mail” nəşri ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinə dair sülh planı hazırladığını yazıb. 

Bizim.Media xəbər verir ki, nəşrin yazdığına görə, sülh prosesinin Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı ilə başlaması ehtimal edilir. 

Nəşr iddia edir ki, fevralın sonu - martın əvvəlində dövlət başçılarının şəxsi görüşü gözlənilir. 
 

“Atəşkəs aprelin 20-də başlaya bilər və tərəflər mayın 9-dək münaqişəyə son qoymaq üçün parametrləri razılaşdırmalıdırlar.


Nizamlanmanın şərtləri Kiyevin Rusiyanın yeni sərhədlərini tanıması, qoşunların Kursk vilayətindən çıxarılması, NATO-ya üzv olmaqdan imtinası və nüvə neytrallığı olacaq. ABŞ 2030-cu ilə qədər Ukraynaya hərbi dəstək vermək və onun Avropa İttifaqına (Aİ) daxil olmasını asanlaşdırmaq niyyətindədir. Aİ Ukraynanın bərpası ilə bağlı öhdəlikləri qismən öz üzərinə götürəcək”- mənbə qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO