Suriyadan Rusiyaya TƏLƏB: “Hərbi bazalar bu halda qala bilər”

Suriyadan Rusiyaya TƏLƏB: “Hərbi bazalar bu halda qala bilər”

Hazırda oxunan: Suriyadan Rusiyaya TƏLƏB: “Hərbi bazalar bu halda qala bilər”

233646

“Suriya üçün faydalı olarsa, o zaman Rusiyanın hərbi bazaları qalacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın müdafiə naziri Əbu Qəsr “Washington Post”a müsahibəsində bildirib.
 

Onun sözlərinə görə, Rusiyanın Suriyanın yeni hökumətinə münasibəti xeyli yaxşılaşıb və Dəməşq Moskvanın tələblərini nəzərə alır. O qeyd edib ki, siyasətdə daimi düşmənlər yoxdur. Əbu Qəsr Rusiyanın Tartusdakı dəniz limanını və Latakiyadakı Xmeymim aviabazasını saxlayacaqmı sualına da cavab verib. 



“Əgər bundan Suriya üçün fayda əldə etsək, bəli”, - deyə nazir bəyan edib.

Xatırladaq ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya hərbi bazalarının Suriyadan çıxarılması məsələsi gündəmə gəlib. Rəsmi Moskva sözügedən məsələyə Moskva-Dəməşq dialoqu çərçivəsində baxılacağını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO