ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarükünü asanlaşdıran beynəlxalq şəbəkəyə qarşı sanksiyalar elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlik bəyanat yayıb.
Məlumata görə, məhdudiyyətlər İranın Çin, Hindistan, BƏƏ-dəki şirkətlərə və fiziki şəxslərə, habelə daşımalarla məşğul olan gəmilərə təsir edib.
Departamentin məlumatına görə, tədarüklər İran Silahlı Qüvvələrinin Baş Qərargahı və onun aparıcı şirkəti olan “Sepehr Energy” adından həyata keçirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün İrana qarşı maksimum təzyiq kampaniyasının artırılmasına dair Sərəncam imzalayıb. Trampın sərəncamı ABŞ maliyyə nazirinə sanksiyaları pozanlara qarşı məhdudiyyətlər də daxil olmaqla, İrana maksimum iqtisadi təzyiq tətbiq etməyə göstərişdir.
Bizim.Media
![Tramp administrasiyası İrana qarşı ilk sanksiyaları TƏTBİQ ETDİ Tramp administrasiyası İrana qarşı ilk sanksiyaları TƏTBİQ ETDİ](https://bizim.media/file/articles/2025/02/06/1738869865_bakues_0cb5adddcd5c27152357b7c64fbc616c_82a9xguicenwsq4otyzf.jpg)
- A-
- A
- A+
Dünya
23:24 / 06.02.2025
Tramp administrasiyası İrana qarşı ilk sanksiyaları TƏTBİQ ETDİ
Hazırda oxunan: Tramp administrasiyası İrana qarşı ilk sanksiyaları TƏTBİQ ETDİ
Hazırda oxunan: Tramp administrasiyası İrana qarşı ilk sanksiyaları TƏTBİQ ETDİ
233606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.