Amerika prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ağ Evin sözçüsü məlumat verib.
Məlumata görə, Tramp ABŞ və onun müttəfiqlərinə, xüsusən də İsrailə qarşı yönəlmiş hərəkətlərə görə BCM-yə qarşı sanksiyalar tətbiq edən fərman imzalayacaq.
Sərəncam ABŞ vətəndaşları və ya ABŞ müttəfiqləri ilə bağlı BCM-də araşdırmaya kömək edən şəxslərə və onların ailə üzvlərinə qarşı maliyyə və viza sanksiyalarının tətbiqini nəzərdə tutur.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında İsrailin baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qalanta qarşı Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsə orderlər verdikdən sonra sanksiya təhlükəsi ilə üzləşib.
Bizim.Media