İranda seçkilər: Prezidentlik yarışının əsas favoritləri kimlərdir?

İranda seçkilər: Prezidentlik yarışının əsas favoritləri kimlərdir?

Hazırda oxunan: İranda seçkilər: Prezidentlik yarışının əsas favoritləri kimlərdir?

23358

İran İslam Respublikasında iyunun 18-də keçirilməsi gözlənilən seçkilərə 2 həftədən bir qədər çox vaxt qalıb. Qeyd edək ki, cənub qonşumuzun hazırki prezidenti Həsən Ruhani 2013 və 2017-ci il seçkilərində ardıcıl iki dəfə qələbə qazandığı üçün bu dəfə namizədliyini irəli sürmək hüququndan məhrum olub.

Ümumilikdə isə, seçkilərdə 7 namizəd prezident postu üçün mübarizə aparacaq. İranda keçirilən seçkilər Qərb ölkələri tərəfindən demokratik heasb olunmasa belə bir çox hallarda ciddi mübarizənin şahidi olmuşuq. 2009-cu ildə keçirilən seçimlərdə iki əsas namizəd- Mahmud Əhməd Nejat və etnik cəhətdən azərbaycanlı olan Mir-Hüseyn Musəvi arasında gərgin mübarizə yaşandı.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-la İran uranı həll edir – SİYAHI RAZILAŞDIRILIB


Musəvinin məğlubiyyəti isə ölkədə kəskin etirazlarla qarşılandı. Seçkilərdən sonra uzun müddət İranda aksiyalar səngimədi. 

Lakin 2013 və 2017-ci illərdə keçirilən seçimlərdə bu cür tendensiya müşahidə olunmadı və hal-hazırki prezident Həsən Ruhani ciddi rəqabətlə üzləşmədən qələbə qazanmağı bacardı.

İndiki vaxtda isə İranda keçiriləcək seçkilərin mühüm əhəmiyyətə malik olduğunu söyləmək olar. Xüsusilə də, Qərblə danışıqlarda müsbət irəliləmələrin müşahidə olunması İranın demokratiya yoluna qədəm qoya biləcəyi ehtimallarını yaradıb.

Lakin həm İran, həm də Qərb mətbuatında prezidentliyə əsas namizəd olaraq İbrahim Raisi göstərilir.

Qeyd edək ki, Ayətullah Əli Xameneiyə yaxınlığı ilə bilinən Raisi İranda mühafizəkar qüvvələrin sevimli nümayəndəsi hesab olunur. Xüsusilə də, ABŞ mətbuatında ölkədə əsas söz sahibi olan dini liderin yaxın adamının qonşu ölkənin yeni dövlət başçısı olacağı əminliklə bildirilir.

Həmçinin İbrahim Raisi İran İnqilab Keşikçiləri Korpusunun da güclü dəstəyinə malikdir.

Raisinin rəqibləri

Lakin prezidentlik postuna iddialı olan digər məşhur simalar da mövcud idi. Mahmud Əhməd Nejat, Əli Laricani kimi namizədlər mübarizəyə qatılmaq istəsələr də, adı çəkilən siyasətçilərin namizədliyi qeydə alınmayıb. 

Namizədliyi qəbul ediləcəyi təqdirdə, Raisiyə əsas rəqib ola biləcək siyasi fiqur isə Əli Laricani idi. Reformist ideyaların daşıyıcısı olan Laricani hazırki prezident Həsən Ruhaniyə siyasi yaxınlığı ilə bilinirdi. İranda yenilikçi düşüncəli şəxslərin böyük ümid bəslədiyi Laricaninin prezidentlik marafonuna qatıla bilməməsi seçkilərə olan marağın ciddi şəkildə azalaması ilə nəticələnib. 

Lakin indiki vəziyyətdə Raisi istisna olmaqla prezident seçkilərində iki ciddi namizədi fərqləndirmək olar:

Səid Cəlili
Mohsen Rezai. Hər iki siyasətçi daha əvvəl prezidentliyə iddiasını ortaya qoysa da uğursuzluğa düçar olublar.

7 namizəd arasında Cənubi Azərbaycandan olan siyasətçi də var.

Sözü gedən şəxs Mohsen Mehrəlizadədir. Şərqi Azərbaycan ostanında dünyaya gəlmiş Mehrəlizadənin İranın növbəti prezidenti seçilmə ehtimalı isə digər namizədlərə nisbətən xeyli aşağıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO