Pakistanda nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində üç polis ölüb, beşi isə yaralanıb.
Bizim.Media xəbər verir ki, hücum Xayber Paxtunxva əyalətinin şimal-qərbindəki Karak rayonundakı polis idarəsində baş verib.
Polis idarəsindən verilən məlumata görə, polisin cavab atəşindən sonra terrorçular ağır silahlarla hücuma keçib və hadisə yerindən qaçıblar. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:07 / 06.02.2025
Pakistanda terror aktı: 3 polis öldü, 5-i yaralandı
Hazırda oxunan: Pakistanda terror aktı: 3 polis öldü, 5-i yaralandı
Hazırda oxunan: Pakistanda terror aktı: 3 polis öldü, 5-i yaralandı
233552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.