Rusiyaya daxil olan bütün əcnəbilər, eləcə də uzun müddət ölkədə olanlar tibbi müayinədən keçməlidirlər.
Bizim.Media lent.az xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.
Açıqlamaya əsasən, məcburi tibbi müayinə tələbi Rusiyada uzun müddət qalan bütün əcnəbilərə, eləcə də səfər məqsədindən asılı olmayaraq Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına şamil edilir.
Əcnəbilər hər il müəyyən xəstəliklərin olmadığını təsdiqləməlidirlər. Başqalarının sağlamlığı üçün təhlükə yaradan yoluxucu xəstəlik aşkar edilərsə, əcnəbi ömürlük Rusiyaya giriş qadağası ilə ölkədən çıxarıla bilər.
Belarus vətəndaşları, 6 yaşınadək uşaqlar, diplomatlar və diplomatik nümayəndəliklərin əməkdaşları, onların ailə üzvləri, habelə Rusiyada akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri bu öhdəlikdən azaddırlar.
Səfərin məqsədi turizmdirsə və qalma müddəti 3 aydan çox deyilsə, tibbi müayinə tələb olunmur.
Bizim.Media
![Rusiyaya gələn əcnəbilərə MƏCBURİ ŞƏRT Rusiyaya gələn əcnəbilərə MƏCBURİ ŞƏRT](https://bizim.media/file/articles/2025/02/06/1738835155_5271755224501054881.jpg)
- A-
- A
- A+
Dünya
13:46 / 06.02.2025
Rusiyaya gələn əcnəbilərə MƏCBURİ ŞƏRT
Hazırda oxunan: Rusiyaya gələn əcnəbilərə MƏCBURİ ŞƏRT
Hazırda oxunan: Rusiyaya gələn əcnəbilərə MƏCBURİ ŞƏRT
233507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.