Pekində idmançılar robotlarla YARIŞACAQ

Pekində idmançılar robotlarla YARIŞACAQ

Hazırda oxunan: Pekində idmançılar robotlarla YARIŞACAQ

233481

Apreldə Pekində ilk dəfə “İnsanlar robotlara qarşı” yarımmarafonu keçiriləcək.

Bizim.Media xəbər verir ki, təşkilatçılar bu tədbirin robot texnikasının inkişafında yeni addım olacağından əmindirlər.

Apreldə Pekində keçiriləcək qeyri-adi yarımmarafonda təkcə insanlar deyil, insanabənzər robotlar da 21 km məsafəyə qaçışda öz güclərini sınaya biləcəklər. Yarışa 12 minə yaxın idmançının qatılacağı, onlardan bəzilərinin komandalar şəklində qaçacağı gözlənilir.

Robot iştirakçılar üçün əsas şərt yalnız iki ayağın və hündürlüyün 50 sm-dən 2 m-ə qədər olması, eləcə də qüvvələrin əhəmiyyətli bərabərsizliyini istisna edən məhdud texniki parametrlərdir.

Çin hökuməti robot texnikasının inkişafı üçün qarşısına iddialı məqsədlər qoyub. Hazırda bu sahədə robotlar hazırlayan, istehsal edən və öyrədən 140-dan çox şirkət var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO