Trampdan İrana XƏBƏRDARLIQ

Trampdan İrana XƏBƏRDARLIQ

Hazırda oxunan: Trampdan İrana XƏBƏRDARLIQ

233439

ABŞ prezidenti Donald Tramp İranı yeni nüvə sazişi imzalamağa çağırıb. 

Bizim.Media xəbər verir ki,Tramp bu gün “Truth Social” sosial media platformasında paylaşım edərək böyük və uğurlu İran istədiyini, ancaq nüvə silahlarının bu gələcəyin bir hissəsi olmayacağını vurğulayıb.
 

“ABŞ-nin İsraillə əməkdaşlıq edərək İranı məhv etməyi planlaşdırdığına dair xəbərlər olduqca şişirdilir. Mən İrana sülh yolu ilə böyüməyə və inkişafa imkan verən dinc, yoxlanıla bilən nüvə razılaşmasına üstünlük verərdim. Biz dərhal danışıqlar üzərində çalışmalıyıq”, - deyə, Donald Tramp qeyd edib. 


Xatırladaq ki, Tramp dünən İranın nüvə silahı əldə etməyə yaxın olduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO