Netanyahu Trampa peycer hədiyyə etdi

Netanyahu Trampa peycer hədiyyə etdi

Hazırda oxunan: Netanyahu Trampa peycer hədiyyə etdi

233368

İsrailin baş naziri Benyamin Netanyahu Livanın şiə hərəkatı "Hizbullah"a qarşı əməliyyatı xatırlatmaq üçün ABŞ prezidenti Donald Trampa hədiyyə olaraq peycer verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail baş nazirinin ofisi çərşənbə günü yayıb.

Xatırladaq ki, Baş nazir Benyamin Netanyahunun Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü beş saat davam edib.
 

Görüş ərəfəsində Netanyahu Trampa peycer hədiyyə edib.


Tramp isə bunun qarşılığında ona "Bu, böyük bir əməliyyatdır” deyib və qonağına “Bibi, böyük lider” yazısı olan foto təqdim edib.

Qeyd edək ki, Netanyahu Trampın prezidentliyə qayıtdıqdan sonra Ağ Evdə qəbul etdiyi ilk xarici lider olub.

Xatırladaq ki, 2024-cü il sentyabrın 17 və 18-də Livanın müxtəlif ərazilərində "Hizbullah"a məxsus rabitə vasitələri, o cümlədən peycerlər və ratsiyalar partladılıb.

Rəsmi məlumatlara görə, 32 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. Gizli şəkildə yerləşdirilmiş cihazların partladılması İsrailin "Hizbullah"a qarşı genişmiqyaslı hərbi əməliyyatının başlanğıcı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO