Tehranda neft emalı zavodu niyə yanıb? – DETALLAR - VİDEO

Tehranda neft emalı zavodu niyə yanıb? – DETALLAR - VİDEO

Hazırda oxunan: Tehranda neft emalı zavodu niyə yanıb? – DETALLAR - VİDEO

23336

Xəbər verdiyimiz kimi, dünən Tehranda neft emalı zavodunda yanğın olub. Əldə edilən informasiyaya görə, yanğın qəzalı vəziyyətdə olan xətlərin birində baş verib.

Bizim.Media xəbər verir ki, məlumatı İranın Mehr agentliyi yayıb.

Mənbə yazır ki, hadisə yerinə təcili yardım xidmətləri və yanğınsöndürənlər göndərilib. Ölənlər barədə hələ məlumat verilməyib.

İran neft emalı zavodunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şaker Xafai yanğının təxribat xarakterli olmadığını deyib.

"Sabotaj versiyası istisna edilir. Yanğın texniki problem nəticəsində meydana gəlib". IRIB telekanalı Xafainin sözlərindən sitat gətirib.

Tehranın böhran əleyhinə idarəsinin müdiri Mansur Daracatinin ISNA-ya verdiyi məlumata görə, "alovu tamamilə söndürmək üçün borulardakı yanacaq tamamilə yanmalıdır".

Bizim.Media
 




 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO