Serbiya Prezidenti: “Aİ-nin üzvlük yoluna sadiqik”

Serbiya Prezidenti: “Aİ-nin üzvlük yoluna sadiqik”

Hazırda oxunan: Serbiya Prezidenti: “Aİ-nin üzvlük yoluna sadiqik”

233266

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, Vuçiç söhbət zamanı Serbiyada və bölgədəki mövcud vəziyyət, ölkənin Avropa İttifaqına üzvlük yolu və həyata keçirilən islahatlar barədə müzakirələr aparılıb.

“Biz islahat gündəliyinin həyata keçirilməsini sürətləndirməyə və 2026-cı ilin sonuna qədər başa çatdırmağı planlaşdırdığımız iş olan Aİ meyarlarına uyğunlaşmaya sadiq qalırıq.

İnanıram ki, üzv dövlətlər bizim fəaliyyətimizi və tərəqqimizi tanıyacaq, Serbiyaya genişlənmə prosesində ən yaxşı şəkildə istifadə etmək imkanı verəcək və 3-cü Klasterin açılışına “yaşıl işıq” yandıracaq”, - deyə Serbiya lideri deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO