Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən jurnalist Nataşa Rey Rusiyadan siyasi sığınacaq istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlean X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Vəkil qeyd edib ki, Rey Fransada qanuni təqiblərlə əlaqədar Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoydan siyasi sığınacaq istəyir.
Lakin o, rəsmi sorğunun olub-olmadığını və jurnalistin hansı quruma müraciət etdiyini açıqlamayıb.
Qeyd edək ki, özünü müstəqil jurnalist adlandıran Nataşa Rey 2021-ci ilin dekabrında “YouTube”da yayımladığı videoda bir neçə ildir ki, Fransanın birinci xanımını araşdırdığını bildirib. Onun sözlərinə görə, Makronun məktəb müəllimi olan Bricit, əslində kişi doğulub və adı Jan-Mişeldir. Video viral olub və qısa müddətdə digər ölkələrin media orqanlarında yayılıb.
2024-cü ilin sentyabrında Paris məhkəməsi Reyin böhtana görə 13,5 min avro cərimələnməsi barədə hökm çıxarıb. Daha sonra Kassasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:28 / 04.02.2025
Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq İSTƏDİ
Hazırda oxunan: Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq İSTƏDİ
Hazırda oxunan: Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq İSTƏDİ
233138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.