Belarus hökuməti istefa verdi

Belarus hökuməti istefa verdi

Hazırda oxunan: Belarus hökuməti istefa verdi

233024

Belarus hökuməti istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
 

Mənbə qeyd edir ki, müvafiq sərəncamı baş nazir Roman Qolovçenko imzalayıb. Respublika Konstitusiyasına uyğun olaraq, prezident seçkilərindən sonra hökumətin səlahiyyətlərinə xitam verilib.


Qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezident Aleksandr Lukaşenko qalib gəlib. 1994-cü ildən Belarusda ən yüksək dövlət postunu tutan Lukaşenko üçün bu, 7-ci prezidentlik müddətidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO