Qəzzada azad edilən fələstinli məhbuslar Türkiyəyə gələcək?

Qəzzada azad edilən fələstinli məhbuslar Türkiyəyə gələcək?

Hazırda oxunan: Qəzzada azad edilən fələstinli məhbuslar Türkiyəyə gələcək?

232892

Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bunu Dohada Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının şərtlərindən biri fələstinli məhbusların azadlığa buraxıldıqdan sonra Fələstin torpaqlarında qalmaması ilə bağlıdır.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, digər ölkələrlə birlikdə azad edilmiş fələstinliləri qəbul etməyə hazırıq. Sazişin həyata keçirilməsinə digər ölkələr də öz töhfələrini verəcəklər", – deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO