Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xaricə ilk səfərində Səudiyyə Ərəbistanına gedəcək. Səfərin bu gün baş tutacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, əş-Şara ötən ay verdiyi müsahibədə Səudiyyə Ərəbistanının Suriyada mühüm rol oynaya biləcəyinə diqqət çəkərək, Suriyanın bütün qonşuları üçün böyük investisiya imkanları təqdim etdiyini bildirib.
Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında əlaqələrin bərpası və inkişafı ilə bağlı danışıqlar aparacağı gözlənilən əş-Şəra daha əvvəl Dəməşqdə Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə bir sıra görüşlər keçirib.
Bizim.Media