Tramp Vaşinqtondakı qəzaya görə onları TƏQSİRLƏNDİRDİ

Tramp Vaşinqtondakı qəzaya görə onları TƏQSİRLƏNDİRDİ

Hazırda oxunan: Tramp Vaşinqtondakı qəzaya görə onları TƏQSİRLƏNDİRDİ

232728

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, yanvarın 29-da eniş etmək üçün yaxınlaşan “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopterinin ekipajı qəzaya görə təqsirkardır.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.
 

Onun fikrincə, helikopter həddindən artıq yüksək hündürlükdə uçub və icazə verilən maksimum 60 metr hündürlüyü xeyli aşıb.


Daha əvvəl helikopterin təsdiqlənməmiş marşrut üzrə, lazım olduğundan daha yüksəkdə uça biləcəyi ehtimalı səsləndirilmişdi.

Xatırladaq ki, bir neçə gün öncə “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.

Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO