Xəbər verdiyimiz kimi bu gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonunda qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp baş vermiş hadisə ilə əlaqədar olaraq Ağ Evdə brifinq keçirib.
ABŞ lideri qəza nəticəsində təyyarədə olanların hamısının həlak olduğunu açıqlayıb: “Təəssüf ki, sağ qalan yoxdur. Sərnişin təyyarəsinin ekipajı işini düzgün aparıb. Qəzaya, əslində, helikopter səbəb olub”.
Qeyd edək ki, bu gün baş verən hadisə zamanı göyərtəsində 60 sərnişinin olduğu “Bombardier” sərnişin təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq Vaşinqtonda Ronald Reyqan hava limanına eniş edərkən hərbi helikopterlə toqquşub. Bundan sonra təyyarə çaya düşüb.
Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb.
Bizim.Media
![Tramp: “Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur, qəzada günahkar isə…” Tramp: “Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur, qəzada günahkar isə…”](https://bizim.media/file/articles/2025/01/30/1738257964_34863e07-2a32-3ab1-b665-f22f83558fee_850.jpg)
- A-
- A
- A+
Dünya
21:23 / 30.01.2025
Tramp: “Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur, qəzada günahkar isə…”
Hazırda oxunan: Tramp: “Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur, qəzada günahkar isə…”
Hazırda oxunan: Tramp: “Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur, qəzada günahkar isə…”
232528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.