Türkiyənin İzmir vilayətində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çeşmə rayonu olub.
Zəlzələ Türkiyə saatı ilə saat 18:55-də, yerin 5,4 kilometr dərinliyində qeydə alınıb.
Bizim.Media