Dünyanın ən varlı adamları sərvəti son sutkada on milyardlarla dollar azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilir ki, ən böyük itkiləri 9,3 milyard dollar dəyərində LVMH şirkətlər qrupunun sahibi Bernard Arno, 6,3 milyard dollar dəyərində “Nvidia” şirkətinin baş direktoru Censen Huan və 3,8 milyard dollar dəyərində ABŞ-ın yeni Hökumətin Effektivliyi Departamentinin rəhbəri, “Tesla” və “SpaceX”in sahibi Elon Mask olub. İlk beşliyə 2,3 milyard dollar itki ilə “Oracle” şirkətinin sahibi Larri Ellison və 2,2 milyard dollar itki ilə “L'Oreal” şirkətinin sahibi Fransua Betankur Meyer daxildir.
Maliyyə itkilərinin əsas səbəbi süni intellekt və yüksək brendlərlə əlaqəli şirkətlərin səhmlərinin kəskin azalması ilə bağlıdır. “Tesla”nın itkiləri (5,2 faiz) “Cybertruck” avtomobilinin istehsalındakı gecikmələrlə əlaqələndirilir.
Bizim.Media
![Dünyanın ən varlı adamları son sutkada on milyardlarla dollar İTİRDİ Dünyanın ən varlı adamları son sutkada on milyardlarla dollar İTİRDİ](https://bizim.media/file/articles/2025/01/30/1738213139_5249209296191876172.jpg)
- A-
- A
- A+
Dünya
09:04 / 30.01.2025
Dünyanın ən varlı adamları son sutkada on milyardlarla dollar İTİRDİ
Hazırda oxunan: Dünyanın ən varlı adamları son sutkada on milyardlarla dollar İTİRDİ
Hazırda oxunan: Dünyanın ən varlı adamları son sutkada on milyardlarla dollar İTİRDİ
232395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.