Qrenlandiya sakinləri adanın ABŞ-nin tərkibinə daxil olmasına "yox" dedi - SORĞU

Qrenlandiya sakinləri adanın ABŞ-nin tərkibinə daxil olmasına "yox" dedi - SORĞU

Hazırda oxunan: Qrenlandiya sakinləri adanın ABŞ-nin tərkibinə daxil olmasına "yox" dedi - SORĞU

232313

Qrenlandiya sakinlərinin 85 faizi adanın ABŞ-nin tərkibinə keçməsini istəmir.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Verian” sosioloji mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub.
 

Məlumata görə, yalnız qrenlandların 6 faizi adanı ABŞ-nin tərkibində görmək istəyir. Respondentlərin 9% bitərəf qalmağa üstünlük verib.


Qeyd edək ki, sorğu 22-26 yanvar tarixlərində adanın yaşı 18-dən yuxarı olan 497 sakindən alınan onlayn-müsahibə əsasında keçirilib. Onlara bu sual verilib: “Siz Qrenlandiyanın Birlikdən (Danimarka, Qrenlandiya və Farer adaları) çıxıb, ABŞ-nin tərkibinə daxil olmasını istərdinizmi?”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp öz çıxışlarında dəfələrlə Qrenlandiyanı ABŞ-nin tərkibində görmək istədəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO