"Əgər Ukrayna Prezidenti Volodimir Zelenski qaz tranzitini bərpa etməsə, Bratislava Avropa Şurasında Kiyevə ayrılan maliyyə yardımının qarşısını alacaq".
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Slovakiyanın Baş naziri Robert Fitso çıxış edib.
"Mən israr edirəm: əgər Zelenski Ukrayna ərazisindən qaz tranzitini bərpa etməsə, fərqi yoxdur, bu, istər Slovakiya qazı olsun, istərsə də başqa ölkəyə gedən mavi yanacaq, mən Avropa Şurasındakı səs hüququmdan istifadə edəcəyəm", - deyə Robert Fitso vurğulayıb.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Bu qərar Slovakiyanın və regiondakı digər ölkələrin mavi yanacaq təminatını təhlükə altında qoyub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:32 / 29.01.2025
Slovakiyanın baş nazirindən Zelenskiyə XƏBƏRDARLIQ: "Əgər bərpa etməsə..."
Hazırda oxunan: Slovakiyanın baş nazirindən Zelenskiyə XƏBƏRDARLIQ: "Əgər bərpa etməsə..."
Hazırda oxunan: Slovakiyanın baş nazirindən Zelenskiyə XƏBƏRDARLIQ: "Əgər bərpa etməsə..."
232275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.