Meloniyə qarşı istintaq BAŞLADI

Meloniyə qarşı istintaq BAŞLADI

Hazırda oxunan: Meloniyə qarşı istintaq BAŞLADI

232250

Roma prokurorluğu İtaliyanın baş naziri Ciorcia Meloni və ölkənin iki nazirinə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan hərbçini Liviyaya qaytardıqlarına görə istintaq başladıb.

Bizim.Media “Euronews”a istinadən xəbər verir ki, araşdırmanın başladılması barədə Meloni özü məlumat yayıb.

O, Ossama əl-Masri kimi tanınan Ossama Anjiemə kömək etməkdə ittiham olunur. İtaliyanın baş nazirinin sözlərinə görə, ədliyyə və daxili işlər nazirləri Karlo Nordio və Matteo Pyantedoziyə qarşı da istintaq aparılır.


“Dünən doğru olan bu gün də doğrudur. Məni şantaj etmək olmaz, qorxutmaq da olmaz” – deyə Meloni ittihamları şərh edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin insanlığa qarşı cinayətdə ittiham etdiyi Ossama əl-Masri ötən həftə Turində saxlanılıb, lakin sonra azad edilib və İtaliyaya məxsus təyyarə ilə Liviyaya göndərilib. İstintaqın bu qərardan şikayət edən vəkil Luigi Li Qotti tərəfindən başladıldığı güman edilir

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO