Avropa Şurasının Baş katibindən erməni deputatın təxribatına DİPLOMATİK CAVAB

Avropa Şurasının Baş katibindən erməni deputatın təxribatına DİPLOMATİK CAVAB

Hazırda oxunan: Avropa Şurasının Baş katibindən erməni deputatın təxribatına DİPLOMATİK CAVAB

232236

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Alen Bersenin məlumat xarakterli çıxışı dinlənilib.

Bizim.Media xəbər verir ki, çıxışdan sonra avropalı parlamentarilərin sualları cavablandırılıb.

Erməni deputat AŞ-nin Baş katibinin COP29 çərçivəsində Bakıya səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa mühüm töhfələrlə bağlı fikrinə dair təxribat xarakterli sual səsləndirib.
 

Baş katib A. Berse erməni deputata onun gözlədiyi cavabı verməyib.


O, Avropa Şurasının COP kontekstində beynəlxalq dinlərarası konfransa dəvət olunduğunu bildirib və həmin konfransda iştirak etdiyini deyib.

“Azərbaycan və mənim bu ölkəyə səfərimlə bağlı, sadəcə, vurğulamaq istərdim ki, keçən il Bakıya getməyim mənim üçün çox vacib idi”, - deyə A. Berse qeyd edib.

Bildirib ki, bu səfər çərçivəsində 2025-ci ilədək Azərbaycan üzrə Fəaliyyət Planının dayandırılmış icrası bərpa olunub. Bu, qarşımıza qoyduğumuz əsas məqsəd idi və bu görüş də məhz bu çərçivədə təşkil olunmuşdu.

Baş katib əlavə edib ki, Cənubi Qafqazla bağlı sualları cavablandırmağa hazırdır, çünki bu regionda çoxlu əlaqələri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO