Google Maps Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişəcək

Google Maps Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişəcək

Hazırda oxunan: Google Maps Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişəcək

232121

Google Maps ABŞ istifadəçiləri üçün Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Google şirkəti özünün Twitter səhifəsində yazıb.


Mənbə bildirib ki, “Amerika körfəzi” yalnız ABŞ-dan olan istifadəçilərə göstəriləcək, digər ölkələrdən olan istifadəçilər isə hər iki adı görəcəklər. Meksikada Meksika körfəzi hələ də Google Maps-da Meksika körfəzi kimi qeyd olunacaq.

Bundan əlavə, Alyaskadakı Denali dağının adı da xəritələrdə dəyişəcək. O, 1901-ci ildə qətlə yetirilən ABŞ prezidenti Uilyam Mak-Kinlinin şərəfinə Mak-Kinli zirvəsi adlandırılacaq.

Xatırladaq ki, yanvarın 25-də ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin adını Amerika körfəzi, Alyaskadakı Denali dağını isə Mak-Kinli zirvəsi adlandırıb.

Reuters yazır ki, Meksika körfəzinin adının dəyişdirilməsi beynəlxalq səviyyədə tanınmaya bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO