Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, əməliyyat bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla ölkənin 24 vilayətində keçirilib.
Saxlanılanlar İŞİD sıralarında döyüş əməliyyatlarında iştirakda, qruplaşmanın maliyyələşdirilməsində, həmçinin sosial şəbəkələr vasitəsilə terrorun təbliğində şübhəli bilinirlər.
Əməliyyat zamanı çoxsaylı sənədlər və rəqəmsal materiallar da müsadirə edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:26 / 28.01.2025
Türkiyədə xüsusi əməliyyat: 100 nəfər saxlanıldı
Hazırda oxunan: Türkiyədə xüsusi əməliyyat: 100 nəfər saxlanıldı
Hazırda oxunan: Türkiyədə xüsusi əməliyyat: 100 nəfər saxlanıldı
232062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.