Putin Lukaşenkonu Moskvaya çağırdı: "Tezliklə gözləyirəm"

Putin Lukaşenkonu Moskvaya çağırdı: "Tezliklə gözləyirəm"

Hazırda oxunan: Putin Lukaşenkonu Moskvaya çağırdı: "Tezliklə gözləyirəm"

231936

Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Kremlin saytında dərc olunub.

Belarus Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, keçirilən prezident seçkilərində Lukaşenko 86,82 faiz səs toplayır.

"Hörmətli Aleksandr Qriqoryeviç, yenidən Belarus Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbə Sizin yüksək siyasi nüfuzunuzu, habelə Belarusun tutduğu dövlət kursunu əhalinin şübhəsiz dəstəklədiyini aydın şəkildə nümayiş etdirir", - təbrikdə deyilir.

Putin qeyd edib ki, ölkələr çoxşaxəli ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və İttifaq dövləti institutlarının səmərəliliyini artırmaq üçün səylərini davam etdirəcəklər.

"Son vaxtlar biz Moskva ilə Minsk arasında dostluq əlaqələrini gücləndirmək üçün çox şey edə bilmişik. Təbii ki, biz çoxşaxəli Rusiya-Belarus əməkdaşlığını daha da inkişaf etdirmək, İttifaq dövləti institutlarının səmərəliliyini artırmaq üçün sıx əməkdaşlıq etməyə davam edəcəyik. Siz həmişə Rusiya torpağında xoş və əziz qonaqsınız. Razılaşdırdığımız kimi, sizi tezliklə Moskvada gözləyirəm" - təbrikdə deyilir.

Rusiya lideri belaruslu həmkarına qardaş belarus xalqının rifahı naminə dövlət fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO