Türkiyədə 78 nəfərin öldüyü yanğının QANDONDURUCU SƏBƏBİ: Yanğınsöndürən əvəzinə...

Türkiyədə 78 nəfərin öldüyü yanğının QANDONDURUCU SƏBƏBİ: Yanğınsöndürən əvəzinə...

Hazırda oxunan: Türkiyədə 78 nəfərin öldüyü yanğının QANDONDURUCU SƏBƏBİ: Yanğınsöndürən əvəzinə...

231913

Türkiyənin Bolu vilayətində "Grand Kartal" otelində baş verən dəhşətli yanğının səbəbi açıqlanıb. 

Bizim.Media “Sabah” qəzetinə istinadən xəbər verir ki, yanğın otel işçilərinin qril aparatını işlək vəziyyətdə qoyduğu mətbəxdən başlayıb. 

Məlumata görə, onlar alovu yanğınsöndürən əvəzinə su ilə söndürməyə başlayıblar. 

“Müstəntiqlərin əldə etdiyi məlumata görə, yanğın saat 03:21-də başlayıb, bundan əvvəl otelin dördüncü mərtəbəsində yerləşən mətbəxin işçiləri səhər yeməyi hazırlamaq üçün qril aparatını işə salıblar. Qril aparatı uzun müddət açıq qalıb, ona görə də üzərinə isti yağ düşdükdə yanğın baş verib”, - nəşr yazıb. 

Məlum olub ki, aşpaz Faysal Yaver və bir neçə işçi yanğını su ilə söndürməyə çalışsalar da, bu səbəbdən alov daha da güclənib. Sonra alov bacaya daxil olub və oradan olduqca sürətlə otelin damına çatıb. 

İddiaya görə, mətbəx işçiləri panikaya düşüb və küçəyə qaçıblar, otelin qonaqları isə siqnalizasiya sisteminin xarab olması səbəbindən yanğından vaxtında xəbər tuta bilməyiblər. Hazırda aşpaz Yaver və daha bir neçə mətbəx işçisi həbsdədir. 
 

Otelin digər aşpazı Mustafa Serbestin sözlərinə görə, mətbəx işçiləri təxminən 40 dəqiqə yanğını təkbaşına söndürməyə çalışıblar və otelin pəncərələrindən tullanan bir neçə nəfəri yerə döşəklər sərərək xilas ediblər. 


Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində yanğın baş verib. Hadisə nəticəsində çoxu uşaq olmaqla 78 nəfər həlak olub. Daha 51 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO