İranda sutka ərzində ikinci böyük maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media IRNA-ya istinadən xəbər verir ki, ölkənin Qərbi Kirmanşah əyalətinin Qəsr-Şirin şəhərində yanvarın 27-də 5,1 bal gücündə zəlzələ baş verib.
İran Seysmoloji Mərkəzi və Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 04:32-də və 8 km dərinlikdə qeydə alınıb.
Bundan sonra bir neçə afterşok qeydə alınıb.
İtki və dağıntılar barədə hələ ki məlumat yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:23 / 27.01.2025
İranda bir gecədə iki güclü zəlzələ oldu
Hazırda oxunan: İranda bir gecədə iki güclü zəlzələ oldu
Hazırda oxunan: İranda bir gecədə iki güclü zəlzələ oldu
231904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.