Pakistanın cənubundakı Multan şəhərində qazla dolu tankerin partlaması nəticəsində azı altı nəfər ölüb, onlarla insan yaralanıb.
Bizim.Media xəbər verir ki, həlak olanlar arasında azyaşlı da var. Xilasedicilərin sözlərinə görə, hadisə qaz sızması səbəbindən alovlanıb. Yanğın yaxınlıqdakı bir çox evləri bürüyüb.
Pakistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları faciəvi insidentdə 31 nəfərin yaralandığını təsdiqləyib.
Xilasetmə orqanları bildiriblər ki, yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal olunur. Multan şəhərinin polis zabiti Sadiq Əli yanğın zamanı bir neçə evin dağıldığını və mal-qaranın tələf olduğunu bildirib.
Xilasedicilər təhlükəsizliyin təmin edilməsi məqsədilə ətraf ərazilərdə axtarış işlərinə başlayıb, ehtiyat tədbiri olaraq ərazidə elektrik enerjisinin və qazın verilməsi dayandırılıb.
Bizim.Media