İsrailin müdafiə naziri İsrael Kats Pentaqonun yeni rəhbəri Pit Heqsetə göndərdiyi təbrik məktubunda İran məsələsinə toxunub.
Bizim.Media xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Katsın fikrincə, yaxın aylarda bu istiqamətdə İsrail və ABŞ üçün strateji məqsədləri həyata keçirmək üçün imkanlar yaranacaq.
"İran və onun tərəfdaşları regional və qlobal sabitliyi təhdid etməkdə davam edir. Qarşıdakı aylarda bizi hərbi hazırlıq tələb edən çağırışlar və strateji hədəflərimizi irəlilətməyə səbəb olacaq imkanlar gözləyir. Əminəm ki, biz uzunmüddətli sabitliyi və region üçün daha yaxşı gələcəyi təmin edərək, birlikdə uğur qazana bilərik", - Kats yazıb.
Məktubda İsrail Müdafiə Nazirliyinin rəhbərinin Tehrana qarşı hansı addımlar atmaq niyyətində olduğu açıqlanmır.
Xatırladaq ki, Kats daha əvvəl İrana və onun nüvə obyektlərinə potensial zərbə endirməyə maksimum hazır olduğunu bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:40 / 27.01.2025
İsrailin müdafiə naziri Pentaqona səsləndi: “İrana qarşı tədbir görün”
Hazırda oxunan: İsrailin müdafiə naziri Pentaqona səsləndi: “İrana qarşı tədbir görün”
Hazırda oxunan: İsrailin müdafiə naziri Pentaqona səsləndi: “İrana qarşı tədbir görün”
231843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.