Hakan Fidan: “Terrorçuları Suriya və İraqla birgə məhv etməliyik”

Hakan Fidan: “Terrorçuları Suriya və İraqla birgə məhv etməliyik”

Hazırda oxunan: Hakan Fidan: “Terrorçuları Suriya və İraqla birgə məhv etməliyik”

231806

Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
 

O, bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.


“İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, - H.Fidan əlavə edib.

O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir:

“Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik”.

Türkiyəli nazir Qəzzadakı vəziyyət barədə də danışıb: “Atəşkəsin davamlı olmasını arzu edirik”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri İraqda səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO