Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində 78 nəfərin həyatını itirdiyi “Grand Kartal” otelinin sahibi Halit Ergülün ifadəsi alınıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
O, aşpazdan mühafizəçiyə, məsləhətçi firmadan elektrik işçilərinə qədər hər kəsi günahlandırıb. Məlumata görə, sahibkar yalnız özünü təmizə çıxarıb.
Qəzet “Grand Kartal” Otelində baş verən yanğınla bağlı Türkiyənin Bolu Prokurorluğunda açılan cinayət işinə görə, həbs edilən otel sahibi Halit Ergülün ifadələrini əldə edib.
Məlumatda qeyd edilir ki, Ergül prokurorluqda dindirilərkən özündən başqa hamını günahlandırıb: “Sonuncu yoxlama ötən il dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılıb.
Bu yoxlama zamanı əlillərlə bağlı otaqlarının qapılarında nöqsanlar aşkar edilib. Yanğınla bağlı hər hansı çatışmazlıq aşkar edilməyib. Otel 1998-ci ildə tikilib.
O dövrdə su çiləyici sistemə ehtiyac yox idi. Sonrakı yoxlamalarda çiləyici sistemi qurmağımızla bağlı heç nə deyilmədi. Yanğın siqnalizasiya sistemi var idi. Lakin bu sistemdə çox güman ki, yanğın başlayanda texniki problem olub və işləməyib. Lakin tüstü detektorları işə salınıb”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:31 / 26.01.2025
Türkiyədə oteldəki yanğının yaranma səbəbi AÇIQLANDI
Hazırda oxunan: Türkiyədə oteldəki yanğının yaranma səbəbi AÇIQLANDI
Hazırda oxunan: Türkiyədə oteldəki yanğının yaranma səbəbi AÇIQLANDI
231762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.