ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir daha bəyan edib ki, Səudiyyə Ərəbistanından Amerika iqtisadiyyatına yatırımları 1 trilyon dollara çatdırmağı xahiş edib.
Bizim.Media xəbər verir ki, Tramp, Nevada ştatının Las-Veqas şəhərində çıxışı zamanı deyib:
“Səudiyyə Ərəbistanı ən azı 600 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Hesab edirəm ki, bu məbləği 1 trilyon dollara çatdıracaqlar. Mən onlardan 1 trilyon dollar sərmayə qoymağı xahiş edəcəm.”
Yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumunda video çıxışı zamanı Tramp bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səuddan bu məbləği artırmağı xahiş edəcək.
Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı belə bir təklifi qəbul edə bilər, çünki ABŞ Krallıqla “çox yaxşı münasibətlər qurub”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:12 / 26.01.2025
Tramp Səudiyyə Ərəbistanından pul istəyib?
Hazırda oxunan: Tramp Səudiyyə Ərəbistanından pul istəyib?
Hazırda oxunan: Tramp Səudiyyə Ərəbistanından pul istəyib?
231750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.