İrandan əldə etdiyi külli miqdarda narkotik vasitəni Azərbaycanda satışını təşkil etməkdə təqsirləndirilən Əhmədov İlkin Vaqif oğlunun cinayət işinin bəzi detalları məlum olub.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, Əhmədov İlkin Vaqif oğlu gəlir əldə etmək niyyəti ilə iranlı narkobaronla cinayət əlaqəsinə girib.
Belə ki o, İran İslam Respublikasının vətəndaşı «Həsən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb ki, külli miqdarda narkotik vasitəni satacaq.
İlkin Əhmədov «Həsən» adlı şəxsin sifarişi ilə paytaxtın Yasamal rayonu ərazisinə qoyulmuş külli miqdarda - 10 kilo 395 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib.
Həmin narkotik vasitəni satışını həyata keçirmək üçün avtomobildə saxlayıb.
Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İlkin Əhmədov ötən ilin avqustunda gecə saatlarında həmin ünvanda saxlanılıb. Onun avtomobilinə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən 10 ədəd bükümdə ümumilikdə - 11 kiloya yaxın marixuana aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:07 / 25.01.2025
İranlı Həsənin güdazına gedən İlkinin CİNAYƏT İŞİ - VİDEO
Hazırda oxunan: İranlı Həsənin güdazına gedən İlkinin CİNAYƏT İŞİ - VİDEO
Hazırda oxunan: İranlı Həsənin güdazına gedən İlkinin CİNAYƏT İŞİ - VİDEO
231732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.