SEPAH-ın qəzeti Pezeşkianı HƏDƏF ALDI – “Kor və keçəl...”

SEPAH-ın qəzeti Pezeşkianı HƏDƏF ALDI – “Kor və keçəl...”

Hazırda oxunan: SEPAH-ın qəzeti Pezeşkianı HƏDƏF ALDI – “Kor və keçəl...”

231672

İranın “Cavan” qəzeti ölkə prezidenti Məsud Pezeşkianı sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Nəşr İran prezidenti Məsud Pezekianın Tehranda yaşayış xərcləri ilə bağlı sözlərini tənqid edərək yazıb:

“Tehranda ayda 20 milyon tümənlə (47.52 $) yaşamağın mümkün olmadığını hər bir kor və keçəl bilir. Xalqı düşünməli olan şəxs bu cür iddialarla çıxış edə bilməz”.

Qeyd edək ki, “Cavan” nəşri İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə seçilir.

Xatırladaq ki, Pezeşkian bir neçə gün əvvəl Beynəlxalq Ətraf Mühit Konfransında çıxışı zamanı Tehranda 20, 25 milyon tümən maaşla yaşamağın mümkün olmadığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO