Meksika hökuməti prezident Donald Tramp administrasiyasının miqrantları deportasiya etmək planlarını müvəqqəti olaraq əngəlləyərək ABŞ hərbi təyyarəsinin enişinə icazə verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, hər biri təxminən 80 miqrant daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki C-17 təyyarəsi Qvatemalaya yola düşüb. Ancaq Meksikaya planlaşdırılan üçüncü uçuş baş tutmayıb. Meksika tərəfinin imtinasının səbəbləri hələlik açıqlanmayıb.
Meksika səlahiyyətliləri ABŞ-ın birtərəfli hərəkətləri, o cümlədən miqrantları qonşu ştatda sığınacaq tələblərinə baxılmasını gözləməyə məcbur edən “Meksikada qal” proqramının bərpası ilə razılaşmadıqlarını bildiriblər.
Xatırladaq ki, Donald Tramp yanvarın 20-də Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb. Amerika prezidenti bildirib ki, bu, qeyri-qanuni miqrantların ölkəyə kütləvi şəkildə daxil olmasının qarşısını almaq üçün cənub sərhədinə qoşun yeritməyə imkan verəcək. Əvvəllər Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsini və kütləvi deportasiyaların aparılmasını müdafiə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:16 / 25.01.2025
Trampın miqrantlarla bağlı planına Meksika MANEƏSİ
Hazırda oxunan: Trampın miqrantlarla bağlı planına Meksika MANEƏSİ
Hazırda oxunan: Trampın miqrantlarla bağlı planına Meksika MANEƏSİ
231648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.