Trampın YENİ PLANI – Rusiya bu yolla sülhə məcbur ediləcək

Trampın YENİ PLANI – Rusiya bu yolla sülhə məcbur ediləcək

Hazırda oxunan: Trampın YENİ PLANI – Rusiya bu yolla sülhə məcbur ediləcək

231643

“Neftin qiymətinin bir barel üçün 45 dollara enməsi Rusiyanı müharibəni həll etmək üçün danışıqlar masasına oturmağa vadar edə bilər”.

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq səsləndirib.

Kelloqun fikrincə, beynəlxalq ictimaiyyət Ukraynaya sadəcə döyüş meydanında qələbələr qazanmağa kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilməyəcək. O, effektiv cavabın Rusiya neft sənayesinə təsir etmək üçün daha sərt tədbirlərin görülməsi ola biləcəyini qeyd edib.

Trampın sözçüsü əlavə edib ki, Rusiya neft satışından milyardlarla dollar gəlir əldə edir:

"Bir barel üçün qiyməti 45 dollara endirsək nə olacaq?!"

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) neftin qiymətini aşağı salsa, Rusiyanın Ukraynaya qarşı müharibəsi tez bir zamanda dayandırıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO