Türkiyənin Konya vilayətində 4 mərtəbəli binanın uçmasından sonra insanların dağıntılar altından xilas edilməsi işləri davam edir.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, AFAD hadisə yerinə 200 nəfərlik qrup göndərib.
Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ-salamat xilas edilib, 2 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.
Hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Xatırladaq ki, dünən axşam saatlarında Konyanın Səlçuklu rayonunda 4 mərtəbəli bina çöküb.
Bizim.Media