HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı 4 qadın girovun adını açıqlayıb.
Bizim.Media xəbər verir ki, adların siyahısını təşkilatın yüksək səviyyəli rəhbərliyinin nümayəndəsi Əbu Ubaida dərc edib.
Həmin girovlar İsrail ordusunda xidmət ediblər. Hərbçi qadınlar Qəzza zolağı ilə sərhəddə xidmət ediblər.
Bildirilib ki, İsraillə mübadilə sazişi çərçivəsində biz 25 yanvarda hərbçilər - Karina Ariyev (19 yaş), Daniela Gilboa (19 yaş), Naama Levi (20 yaş) və Liri Albaqı (19 yaş) azad ediləcək.
Qeyd edək ki, Karina və Daniella sərhəddə xidmət edərkən, Naama və Liri isə Nahal Ozdakı müşahidə bazasında girov götürülüblər.
Bizim.Media