Böyük Britaniyada ölüm hökmünün bərpası məsələsi gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, Britaniya Parlamentinin İcmalar Palatasının (aşağı palata) sağ populist Böyük Britaniyanın Reform Partiyasından üzvü Rupert Lou, Southportda üç qızın səs-küylü qətlindən sonra ölkədə ölüm hökmünün qaytarılması imkanının nəzərdən keçirilməsini təklif edib.
“Məncə, müstəsna hallarda ölüm hökmünün tətbiqi ilə bağlı milli müzakirənin vaxtı çatıb. Bu, müstəsna haldır”, - deputat X-də yazıb.
Qeyd edək ki, 29 iyul 2024-cü ildə Böyük Britaniyanın Sautport şəhərində Ruanda əsilli 17 yaşlı Aksel Rudakubana uşaqların rəqs zalına bıçaqla hücum edərək üç qızı qətlə yetirib, daha 10 nəfəri isə yaralayıb. Liverpul Kral Məhkəməsi yanvarın 23-də Rudakubananı minimum 52 il müddətinə ömürlük həbs cəzasına məhkum edib. Bu cəza forması o deməkdir ki, Rudakubana 52 ildən sonra azadlığa çıxmaq üçün müraciət edə bilər.
Məlumat üçün bildirək ki, Britaniya 1998-ci ildə insan hüquqlarına dair qanunvericiliyin tətbiqindən sonra ölüm hökmünü ləğv edib. Ölkədə sonuncu dəfə belə cəza 1964-cü ildə qətl və quldurluqda təqsirli bilinən Qvin Evans və Piter Allenə qarşı tətbiq edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən dərhal sonra federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sərəncam imzalayıb.
Bizim.Media