"Rusiya inciməməlidir" - Çavuşoğlu Türkiyənin Ukraynaya silah satmasının səbəbini açıqladı

Hazırda oxunan: "Rusiya inciməməlidir" - Çavuşoğlu Türkiyənin Ukraynaya silah satmasının səbəbini açıqladı

23142

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 31-də Afinada mətbuat konfransı keçirərkən bir jurnalistin sualına “Ankaranın Kiyevə silah satması Rusiyanı incitməməlidir” cavabını deyib.

Bizim.Media xəbər verir ki, Türkiyənin NTV kanalı nazirin sözlərindən sitat gətirib.

"Ankara Rusiya da daxil olmaqla xarici dövlətlərdən niyə silah satdıqlarını soruşmur. Ukrayna ilə müqavilələr uzun illər əvvəl bağlanmışdı. Yaxşı bir məhsul istehsal edirik. Rusiya inciməməlidir. Bu, biznesdir. Suriya təyyarəmizi bir rus raketi ilə vurdu. Rusiya Suriyaya və bir çox ölkəyə raket tədarük edir. Bu mövzuda heç vaxt bir iddia ifadə etmədik”, deyə o, qeyd edib.

2021-ci ilin aprelində Türk tərəfinin Ukraynaya daha bir Bayraktar TB2 pilotsuz təyyarəsi satacağı məlum olub. İlk müqavilə 2019-cu ildə bağlanmışdı. Bundan əlavə, Kiyev Ankaraya Ukraynada ortaq istehsalat qurmağı təklif edib.

Türkiyənin yüksək səviyyəli rəsmilərinə görə, sövdələşmələr Rusiyaya qarşı deyil. Eyni zamanda, Türk pilotsuz təyyarələri Donbasdakı hərbi əməliyyatlar zamanı fəal şəkildə istifadə olunub.

Bundan əlavə, Ankara dəfələrlə Krımı ilhaq etdiyini söyləyib: xüsusən də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə belə bir açıqlama verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO