"Ermənistan KTMT-dən nə vaxt çıxacaq?" - Peskovun ŞƏRHİ

"Ermənistan KTMT-dən nə vaxt çıxacaq?" - Peskovun ŞƏRHİ

Hazırda oxunan: "Ermənistan KTMT-dən nə vaxt çıxacaq?" - Peskovun ŞƏRHİ

231413

"Ermənistan hələ KTMT-dən çıxmaq niyyətini açıqlamayıb". 

Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalist Peskovdan Moskvanın Ermənistanın KTMT-dəki işinin bərpasına ümid edib-etmədiyini və Rusiya lazım olduğu qədər bunu gözləməyə hazır olub-olmadığını soruşub.

"KTMT öz effektivliyini və aktuallığını sübut edən müstəqil, yetkin təşkilatdır. KTMT-də fəaliyyətini davam etdirir. İndiyədək Ermənistan bu təşkilatdan çıxmaq niyyətini bəyan etməyib.


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan son telefon danışığı zamanı İrəvanın KTMT çərçivəsində işini müzakirə etməyiblər.", - Peskov cavab verib.

Xatırladaq ki, yanvarın 17-də Ermənistan və Rusiya liderləri - Nikol Paşinyan və Vladimir Putin arasında telefon danışığı olub. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyinin yekunlarını, Aİİ çərçivəsində gələcək fəaliyyət planlarını, eləcə də ikitərəfli Ermənistan-Rusiya gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər.

Öz növbəsində Kreml bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında İrəvanın Avropa İttifaqı ilə münasibətlər kontekstində son addımları ilə bağlı vəziyyəti izah edib. Rusiya lideri müvafiq şərh verib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakını dayandıracağını dəfələrlə bəyan edib.

Kreml bu bəyanatlara cavab verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş nazirinin mövqeyi ilə razılaşmadığını bildirib və KTMT-nin iştirakçı ölkələrin suverenliyini qorumaq üçün yaradıldığını və heç bir təhlükə törətmədiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO